Patalya. ilk gün. Başladı.

single-news
24 İyn 2009

Patalya. ilk gün. Başladı.



`Qarabağ`ımız hazırlıqlara başladı. Türkiyənın Qızılcahamam bölgəsində baş tutacaq təlim-məşq toplanışın ilk çalışması bu gün 10:30-da baş tutdu. Öncə qısa isinmə hərəkətləri yerinə yetirildi. Ardınca isə çox da yüksək olmayan tempdə 30 dəqiqə futbolçular kross qaçdı. Sonda isə 2 qrupa bölünüb `kvadrat` oynayaraq məşqçi bitirdilər. Onu da nəzərinizə çatdıraq ki, futbolçuların əla əhval-ruhiyyədə olması diqqətlərdən qaçmadı. Günün ikinci çalışması isə 17:30-a təyin olundu.
Milli matçda zədə alan Vaqif Cavadov komandadan ayrı çalışdı. Gənc hücumçunun 3-4 gün ayrı çalışacağı təxmin olunur.
Bu gün eyni zamanda futbolçulara məşhur `Adidas` firmasının geyimləri təqdim olundu. Komandamız başdan-ayağa yeni geyimlərlə təhciz olundu.
Komandamızın düşərgəsinə 2 türk futbolçu da qoşuldu. Aydın Kuzu və Ali Rza Günəş haqqında komandamızın texniki korpusu yaxın günlərdə qərar verəcək.

Paylaş

// pop up