PATALYA. ILK GÜN. SADƏCƏ QAÇIŞ. FOTOQALEREYA

single-news
2 İyl 2008

PATALYA. ILK GÜN. SADƏCƏ QAÇIŞ. FOTOQALEREYA



“Qarabağ” Futbol Klubu Qızılcahamamda keçirdiyi ilk günü geridə qoydu. Yol yorğunluğunu nəzərə alan komandanın baş məşqçisi Rasim Kara səhər məşq təyin etməmişdi. Belədə komandamız bu gün cəmi bir məşqlə kifayətlənməli oldu. Saat 18:00-a təyin olunmuş məşqdə komandamızdan 20 futbolçu iştirak edirdi.   19 nəfərlik köhnə heyət məlum olsa da baxışa bir legioner gəlib. Abdullah Kurt yarımmüdafiəçidir. 25 yaşı var. Türkiyənin f ərqli klublarında forma geyinib.

Komandamızın məşqinə gəlincə, Mehmet Akın təlimatıyla futbolçular 15 dəqiqəlik 2 kross qaçıblar. Ardınca isə 2 hissəyə bölünən bölünən komandamız iki qapıya futbol oynayıb. Görüş sülh şəraitində başa çatıb.

Bu arada, komandamız hələlik yeganə transfer edilmiş legioneri Artim Şakiri düşərgəyə qoşulub. Artıq sabahdan etibarən Makedoniya millisinin üzvü hazırlıqlarda iştirak edəcək.

Bundan başqa daha iki legioner də komandaya qoşulub. Muammer və Güvənin taleyinə yaxın günlərdə aydınlıq gələcək. Muammerə nisbətən Güvən daha təcrübəli futbolçudur. 28 yaşlı yarımmüdafiəçi “Kayserispor” və “İstanbulspor” kimi klubların formasını geyib.

Komandamız haqqında bütün məlumatları saytımızdan izləməyi unutmayın...

"Qarabağ" Futbol Klubu PATALYADA...

Paylaş

// pop up