Patalya V. Kross və top
28 İyn 2009
Patalya V. Kross və top
`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Komandamız ənənəsinə sadiq olaraq günü 2 çalışmayla keçirib. Səhər çalışması 10:00-da baş tutub. Təxminən saat yarım davam edən çalışmada ilk olaraq isinmə hərəkətləri edən komandamız sonra 3 dəfə də 15 dəqiqəlik kross qaçıblar. Sonda isə fiziki hərəkətlərlə məşqi bitiriblər.
Axşam çalışması isə 17:30-a planlaşdırılıb. Bu dəfə isə taktiki çalışmalar nəzərədə tutulub.
Nəzərinizə çatdıraq ki, komandamızın Avroliqada `Rosenborq`la maç üçün gedəcəyi marşrut müəyyənləşib. Belə ki, İyunun 12-sinə kimi Ankarada təlim-məşq toplanışı keçəcək komandamız 13-ü İstanbula yollanacaq və gecəni orda keçirəcək. 14-ü səhər isə İstanbul – Oslo – Tronheim reysi ilə Norveçə yollanacaq. 17-isə Komandamız Bakıya qayıdacaq.