Patalya. VI. `Sepehan`la...

single-news
29 İyn 2009

Patalya. VI. `Sepehan`la...



`Qarabağ`ımız Türkiyədə hazırlıqlarını davam etdirir. Gündə iki dəfə məşq edən komandamız sürəti artırmaqdadır. Bu gün ilk çalışma fitness salonunda baş tutub. 2 qrupda çalışan komandamız təxminən saat yarım məşq edib. Yeri gəlmişkən qeyd edək ki, Qızılcahamamda qeyri-sabit hava şəraiti davam edir. Dünən axşam da inanılmaz leysan yağışı baş tutub. Buna rəğmən çalışma 2 saata yaxın davam edib. Günün ikinci çalıması isə hər zaman olduğu kimi 17:30-a planlaşdırılıb. Admir Teli artıq kollektivlə çalışmlara qatıldığından sadəcə, Aftandil Hacıyev və Vaqif Cavadov zədəsinin sağalmasını gözləyir.
Bu arada komandamızın Türkiyədə keçirəcəyi ilk yoxlama görüşünün vaxtı məlum olub. İyulun 1-ində komandamız İrranın `Sepahan` klubuyla qarşılaşacaq. Ötən mövsümn İran birinciliyini 4- pillədə bitirmiş İsfahan təmsilçisiylə oyun yerli vaxtla 16:30-da baş tutacaq. Oyun `Qarabağ`ın məskunlaşdığı otelin stadionunda keçiriləcək.

Paylaş

// pop up