Patalya VII. Bir məşqlə...

single-news
30 İyn 2009

Patalya VII. Bir məşqlə...



`Qarabağ`ımızın Türkiyədəki hazırlıq dönəminin 1 həftəsi geridə qaldı. Ardıcıl 6 gün 2 dəfə məşq edən komandamız bu gün ənənəsini pozub. Belə ki, yeganə çalışma 10:30-da baş tutub. Bunun səbəbi isə səhər çalışmasında futbolçuların hədsiz dərəcədə yüklənilməsi olub. Digər tərəfdən sabah İranın `Sepehan` komandasıyla qarşılaşma nəzərdə tutulduğundan günü tək məşqlə bağlamalı olmuşuq. Nəzərinizə çatdıraq ki, İsfahan klubuyla oyun 17:30-a nəzərdə tutulub.
Bu arada Vaqif Cavadov da artıq kollektivlə məşqlərə başlayıb. Əzələsində yırtılma müşahidə olunan gənc forvrad hazırlıqda tam gücüylə iştirak edə bilib. Di gəl ki, digər futbolçumuzdan gələn xəbər üzücü olub. Belə ki, digər zədəli futbolçumuz Aftandil Hacıyevin də kollektivlə məşqlərə başlanılması gözlənilsə də, müdafiəçinin ayağı yenidən şişib. Belədə 28 yaşlı Hacıyev bir neçə gün `dincəlməli` olacaq.

Paylaş

// pop up