Patalya VIII. 2 transfer birdən..

single-news
1 İyl 2009

Patalya VIII. 2 transfer birdən..



Ankara hazırlığının 8-ci günündə komandamızda hərəkətli saatlar yaşanıb. Belə ki, komandamızın sıralarına 2 yeni ad əlavə olunub. Bəli, ölkə milllisinin kapitanı Rəşad Sadıqov `Qarabağ`ın düşərgəsindədir. 27 yaşlı müdafiəçi `Rosenborq`la mücadilə üçün komandamıza kömək edəcək. Belə ki, son müdafiəşimiz Aftandil Hacıyevin zədəsinin düzəlməməsi səbəbindən baş məşqçi Qurban Qurbanovun xahişiylə Sadıqov Avroliqada komandamıza kömək edəcək. Baş məşqçimizi dinləyək:` Aftandilin zədələnməsi planlarımızı pozdu. Düzdü, Hacıyevi əvəz edən futbolçularımız var. Amma Rəşad Azərbaycanın yetişdirdiyi ən istedadlı futbolçulardandır. Niyə də bu şansdan istifadə etməyək? Rəşadı gətirməklə Avroliqaya nə qədər ciddi yanaşdığımızı göstərdik. Sadıqov bizə Avroliqada kömək edəcəyinə inanırıq. `
Komandamız bu gün başqa bir transferi reallaşdırıb.  `Trabzonspor`da işləmiş və İtaliya təcrübəsi olan Fatih Kavlakla müqavilə imzalanıb. 1974-cü il təvəllüdlü Kavlak komandamızın fiziki koordinatoru olacaq. Ziya Doğanla işləməsiylə tanınan Fatih bəy 2005-ci ildə `Trabzonspor`la Türkiyə kubokunu qazanıb.

Paylaş

// pop up