Patalya XI. Normativ

single-news
4 İyl 2009

Patalya XI. Normativ



`Qarabağ`ımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Qızılcahamamda 11-ci gününü geridə buraxan komandamız getdikcə tempi artırır. Bu gün komandamız 2 məşq keçib. Günün ilk məşqi 10:00-da baş tutub. Məşqin mahiyyətinə gəlincə. Yeni fiziki koordinator Fatih Kavlak gələn kimi işə keçib. Sabiq `Trabzonspor`lu futbolçuları səhər yükləyib. Belə ki, ardıcıl olaraq 3 dəfə 100, 2 dəfə 200, 1 dəfə isə 300 və 400 metr qaçan futbolçular sonra eyni reysi əks istiqamətdə qaçıblar. Belədə  cəm halında 2400 metr məsafəni futbolçular tam güclə qaçıblar. Fatih bəy ümumi götürdükdə komandanın 85 faizinin normativin öhdəsindən gəldiyini bildirdi.
Axşamkı çalıma isə hər zaman olduğu kimi toplu və taktiki məşğələlərə həsr olunub.

Paylaş

// pop up