Patalya XIV. Kross və qonaq

single-news
7 İyl 2009

Patalya XIV. Kross və qonaq



`Qarabağ` Futbol Klubu Tükiyədə hazırlıqlarını davam etdirir. Artıq Qızılcahamamda 2 həftəni geridə buraxdıq. Bu gün komandamız 2 məşq keçib. Günün ilk məşqi 10:00-da baş tutub. Dünən `Anakaragücü`ylə yoxlama oyunu keçirənmkomandamız 90 dəqiqə məşq edib. İsinmə hərəkətlərinin ardından Komandamız 25 dəqiqə kross qaçıb. Ardınca 2 qrupa bölünən futbolçular `kvadrat` oynayıblar. Beləlikə, ilk məşq başa çatıb. Zədə problemi olan Aftandil Hacıyev fitness salonunda çalışarkən,  Zaur Həşimov ancaq qaçmaqla məşğul oldu.
Bu gün eyni zamanda komandamızın qonağı da var idi. Belə ki, Türk cümhiriyyətlərində yayımlanan `TRT-Avaz` kanalı komandamızın düşərgəsində oldu və gündəlik reportaj hazırladı.
Bir daha xatırladaq ki, dünən ölkənin bəzi mətbu orqanlarında komadamızın `Ankaragücü`nə 1:4 məğlub olduğu göstərilib. Bir daha qeyd edirik ki, Metin, Emre və Muratın vurduğu qollara sadəcə Əfran İsmayılovun cavab verən komandamız 1:3 hesabıyla məğlub olub.

Paylaş

// pop up