Patalya XV. Sonuncu rəqib `Antalyaspor`

single-news
8 İyl 2009

Patalya XV. Sonuncu rəqib `Antalyaspor`



`Qarabağ`ımız Qızılcahamamda hazırlıqlarını davam etdirir. Artıq Türkiyədiki təlim-məşq toplanışının 15-ci günü də geridə qaldı. Komandamız 2 məşqlə keçirdi. Səhər çalışması 10:00-da baş tutdu. İsinmə hərəkətlərinin ardından 10 dəqiqə qaçan futbolçularımız sonra məşqçilərin korpusunun təlimatı əsasında fərqli təmrinlər yerinə yetirməyə başladı. Daha çox taktiki çalışmalara üstünlük verildi. 2-li qruplara bölünüb qapısız futbol da məşq proqramına daxil idi.
Komandamızda zədəlilərin durumuna gəlincə. Sadacə, Aftandil Hacıyev kollektiv çalışmalara qatılmır. Müdafiəçi ancaq yüngük qaçışla kifayətlənir. Hacıyevin təxminən 10 günə sıraya dönməsi gözlənilir.
Bu arada komandamız `Rosenborq`la oyun öncəsi sonuncu yoxlama macını `Antalyaspor`la keçirəcək. Mac 10 İyula planlaşdırılıb. Oyun komandamızın məskunlaşdığı otelin meydançasında keçiriləcək. Bununla da komandamız yoxlama oyunlarını bitirəcək. 13-ü İstanbula yola düşəcək komandamız gecəni bu şəhərdə keçirəcək.  14-ü 09:15-də Oslo – Trondheim reysiylə yola düşəcək komandamız Norvec vaxtıyla 16:05-də macın keçiriləcəyi şəhərdə olacaq.

Paylaş

// pop up