Patalya.II gün. Sürət artır. Fotoqalereya

single-news
25 İyn 2009

Patalya.II gün. Sürət artır. Fotoqalereya



`Qarabağ` Türkiyədə hazırlıqlarını davam etdirir. Artıq Qızılcahamamda 3-gününə qədəm qoyan komandamız getdikcə tempi artırır. İlk çalışmasında sadəcə kross qaşan və topla yüngül təmrinlər edən komandamız axşamkı çalışma zamanı 2 saata yaxın meydanda olub. Bu dəfə topla fərqli təmrinlər yerinə yetirən komandamız qapıya zərbələr üzrəində də işləyib. Sonda isə 2 qapıya futbol oynanılıb. Komandamız o qədər arzulu çalışırdı ki, başlayan leysan yağışı belə onların həvəsinə əngəl olmadı. Belə də, baş məşqçimiz Qurban Qurbanov çalışmanı bitirməli oldu.
Bu gün səhər çalışması isə fitness salonunda baş tutdu. 2 qrupa bölünən futbolçular yüngül isinmə hərəkətlərinin ardından ağırlıq salonunda təxminən 2 saat çalışdı.
Nəzərinizə çatdıraq ki, ayağında zədə olan Vaqif Cavadov hələ qaçışla kifayətlənsə də, kubokun finalında zədələnən Aftandil Hacıyev tədricən komandayla məşqlərə qatılır.
Günün 2-ci məşqi 17:30-a təyin olunub.
`Qarabağ`ın Türkiyədki ilk 2 çalışmasından anlıara fotoqalereya bölümündə tanış ola bilərsiniz.

Paylaş

// pop up