Patrik Andrade: "Düşərgədə ab-hava yüksəkdir"
6 İyl 2021
Patrik Andrade: "Düşərgədə ab-hava yüksəkdir"
Komandamızın yarımmüdafiəçisi Patrik Andrade klubumuzun saytına açıqlama verib. Kabo-verdeli futbolçumuz Avstriyadakı hazırlıq prosesindən danışıb:
"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".
