PETER KURÇİBİÇ: "QARABAĞ" HƏR CƏHƏTDƏN BİZDƏN ÜSTÜN İDİ..."

single-news
22 Fev 2006

PETER KURÇİBİÇ: "QARABAĞ" HƏR CƏHƏTDƏN BİZDƏN ÜSTÜN İDİ..."



Matç sonrası Mətbuat Konfransı keçirildi. İlk söz qonaq komandanın Baş Məşqçisi Peter Kurçibiçə verildi: "İlk öncə, "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bütün konponentlərə görə bizi üstələdilər. Hakimdən narazıyam. 11 metrəlik epizod isə bir qədər mənim üçün qaranlıq qaldı. Mən elə fikirləşirə ki, həmin epizodda hakim cərimə verməyə də bilərdi.." Sonra komandamızın Baş Məşqçisi Böyükağa Ağayev öz fikirlərini bölüşdü: "Bu gün "Qarabağ" gözəl oyun nümayiş etdirdi ki, bunun da bəhrəsini gördük. İstədiyim futbolu komandam ikinci hissədə daha da yaxşı nümayiş etdirdi. Bu münasibətlə bütün heyəti təbrik edirəm. "Olimpik" isə "Şahdağ"la müqayisədə bu gün tam fərqli oyun göstərdi. Əzmkarlıq komandada tam fərqli idi ki, bu münasibətlə də həmkarımı təbrik edirəm..."

Paylaş