`Petrolul Ploiesti` - `Qarabağ` 0:2. Canlı. Fotolar

single-news
31 Yan 2012

`Petrolul Ploiesti` - `Qarabağ` 0:2. Canlı. Fotolar



`Qarabağ`ımızın start heyəti: Bojan Pavloviç,  Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Kalonas,  Georgi Adamiya, Vüqar Nadirov,  Rauf Əliyev
Oyun Rumıniyanın Digisport kanalıyla canlı yayımlanır
1` Oyuna `Qarabağ` başladı 
3` - Ruminlar ilk dəqiqələrdən daha üstün oyun sərgiləməyə çalışırlar
5` - Ansinin asmasına hücumçularımızdan heç biri çata bilmədi
8` - Oyunda ilk təhlükəli vəziyyəti komandamız yarada bilərdi,amma Raufun ara ötürməsinə Kalonas çata bilmədi
11` - Komandamız rəqibin ilk dəqiqə pressinqini dəf edib, hal-hazırda oyunu rəqibə aid olan hissədə davam etdirir
14` - Ansi-Adamiya-Rəşad paslaşmasını sonda Kalonas künc zərbəsi qazanmaqla yekunlaşdırdı
19` - Ruminlar komandamızı əks hücumda tutmaq istəsə də müdafiəmiz vaxtında öz mövqeyini tuta bildi
23` - Bərabər səviyyəli oyunda heç bir komanda real qol vəziyyəti yarada bilmir
24` - Maksimin gözlənilmədən uzaq məsafədən zərbəsini qapıçı çətinliklə qaytara bildi
25` - Vüqarın yandan asması qapı tirinə tuş gəldi
29` - Meydanın mərkəzində rəqibdən topu alan Rəşad uzaq məsafədən zərbəsini qapıçı dəf edə bildi
30` - QOLLL !! Teli hesabı açdı. Maksimin uzaq məsafədən zərbəsini qapıçı dəf etsə də özünü yetirən Teli topu qapıdan keçirdi
33` - Qoldan sonra rəqib pressinq tətbiq etməyə çalışsa da komandamız dəqiq oynayır
36` Rəşadın ötürməsindən snra Kalonas qapıçı ilə üzbəüz qalsa da hakim oyundan kənar vəziyyət qeydə aldı
37` - Hissə boyu rəqibin ilk təhlükəli əks hücumunun qarşısını da oyun boyu səhvsiz oynayan müdafiəmiz zərərsizləşdirdi
39` - Vüqarın uzaqdan zərbəsini qapıçı tuta bildi
43` - Hissənin sonlarında komandamız ikinci qolu vurmaq üçün irəli atılıb. Ərazi üstünlüyü tam komandamızın tərəfindədir
İlk hissə başa çatdı. Komandamız fasiləyə minimal üstünlüklə yollandı
46` - İkinci yarıya komandamız dəyişikliklə başladı. Kalonasın yerinə Vaqif meydana daxil oldu
48` - Rumınlar ilk dəqiqələrdən təzyiq yaratmaq istəyirlər
49` - Rauf inanılmaz qolu qaçırır. Vüqarın qapı ağzına ötürməsindən sonra Əliyev 2 metrdən qapıya düşə bilmir
52` - Meydanda maraqlı futbol gedir
53`  - Bu dəqiqələrdə rəqib əks-hücumda tuta bilərik
54` - Vüqarın asması qapıçıda qalır
56` - Fantastik bir qol!!!!!!!!!!! Adamiya – Vaqif – Rauf kombinasiyasını sonuncu başla tamamladı
60` - Vüqarın zərbəsi müdafiəçilərdən dönür
64` - Komandamız rəqibə nisbətən daha rahat oynayır. Topa nəzarət edirik
65` - komandamızda Sadıqov və Maksimin yerinə Zaur Həşimov və Eltun Yaqublu oyuna daxil olur
67` -Rəqibin zərbəsi qapıdan aralı keçir
72` - Daha 2 dəyişiklik. Rauf və Adamiyanın yerinə  Bəxtiyar və Nedzipi oyuna daxil olur
75` - Rumınlar yenə də qapını uzaqdan yoxlasalar da top qapıdan aralı keçir
79` - Bojan çıxışda səhvsiz oynayır
80` - Sadiqov və Vüqarın yerinə Qoran və İlqar meydana daxil oldu
82` - Qarşılıqlı hücumlar gedir
85` - Bojan qapıda yenə dəqiq oynayır
86` - Aqolli və Telinin yerinə Kamil Hüseynov və Emin İmaməliyev oyuna daxil olur
88` - Daha bir qol şansı. Vaqifin qapı önünə ötürməsi zamanı müdafiəçilərdən dönən topa Bəxtiyar zərbə endirsə də top dirəkdən dönür
89` - Oyuna 3 dəqiqə əlavə olunur
90` - Bojan uzaqdan gələn  zərbəni dəf edir
90+3 – Oyun başa çatdı

Oyundan maraqlı anlar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=407&lang=1#


 

Paylaş

// pop up