PLAY - OFF:TÜRKİYƏ İŞİNİ DAHA DA ÇƏTİNLƏŞDİRDİ . . .

single-news
13 Noy 2005

PLAY - OFF:TÜRKİYƏ İŞİNİ DAHA DA ÇƏTİNLƏŞDİRDİ . . .



Dünya çempionatına çıxmaq üçün play-off mərhələsində ilk oyunlar keçirildi. İsveçrə millisi Türkiyəni qəbul etdi. Oyun başlayan kimi irəli atılan meydan sahibləri ilk hissədə hesabı aça bildilər. İkinci hissə də ilk hissənin analoqu kimi yadda qaldı. Fatih Terimin əvəzetmələri isə özünü doğrultmadıqda oyun 2:0 meydan sahiblərinin xeyrinə başa çatdı. 16 noyabrda Türkiyədə keçiriləcək ikinci oyunda Türkiyəni ağır sınaq gözləyir. Digər iki oyunda Çexiya Norveçdə yerli mili yığmanı 1:0 hesabı ilə məğlub edə bildi. İspaniya isə Slovaklara futbol dərsi keçərək ilk oyunda hər şeyi həll etdi: 5-1.

Paylaş