Pley-offun püşkü atılacaq

5 Avq 2024
Pley-offun püşkü atılacaq
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Komandamızın növbəti mümkün rəqibi də püşkatmada müəyyənləşəcək. “Qarabağ” - “Lüdoqorets”lə cütü səpələnməmişlər səbətində yer alacaq. Komandamız üçün pley-offda 5 mümkün variant var.
“Dinamo” Z
“Srvena Zvezda”
"Malmö" - PAOK cütünün qalibi
"Midtulland" - "Ferentsvaroş" cütünün qalibi
“Yanq Boyz”
Qeyd edək ki, pley-off mərhələsi avqustun 20-21-də və 27-28-də keçiriləcək.