Podolski `Arsenal`ı seçdi
1 May 2012
Podolski `Arsenal`ı seçdi
`Arsenal`mövsüm bitməmiş ilk transferini reallaşdırıb. London klubu `Köln`ün futbolçusu Lukas Podolskini heyətinə qatıb.
Bu barədə `Köln`rəsmi saytı vasitəsi ilə açıqlama yayıb. Klubla müqaviləsi 2012-2013 mövsümünün sonunda bitəcək Podolskinin transferi ilə bağlı `Arsenal”la anlaşma əldə olunub və yeni mövsümdən Premyer Liqada oynayacaq.
Lukas Podolski özü də transferi ilə bağlı açıqlama verib: `Arsenal`da oynamaq mənə Avropa turnirlərində oynamaq imkanı verir. `Köln`mənim karyeramda böyük yer tutur. Burda futbol oynamağı öyrəndim və təcrübə qazandım. Bu qərarı vermək asan olmadı. Çünki bu şəhəri və bu azarkeşləri çox sevirəm. Ürəyim həmişə `Köln`ün yanında olacaq.
Qeyd edək ki, Lukas Podolski `Köln`ün yetirməsidi. 1995-ci ldə burda futbolun sirrlərini öyrənməyə başlayan futbolçu 2002-ci ldə əvəzedici, 2003-də əsas komandaya yüksəlib. 2006-2009-cu illərdə `Bavariya`nın formasını geyinən 26 yaşlı hücumçu 2009-cu ildə yenidən `Köln”ə dönüb. Almaniya yığmasında 95 oyun keçirib 43 qol vuran Podolski `Bavariya`ilə Almaniya çempionluğunu, kubokunu və liqa kubokunu qazanıb, milli komanda ilə iki dəfə Dünya üçüncülüyünə, bir dəfə Avropa ikinciliyinə layiq görülüb.