PODOLSKİ AZƏRBAYCANA QARŞI OYNAMAQ İSTƏMİR
PODOLSKİ AZƏRBAYCANA QARŞI OYNAMAQ İSTƏMİR
PODOLSKİ AZƏRBAYCANA QARŞI OYNAMAQ İSTƏMİR
Almaniya yığmasının hücumçusu Lukas Podolski şərəfini qoruduğu “Bavariya”nı qışda tərk etmək fikrindədir.24 yaşlı futbolçu Münhen təmsilçisində ehtiyatda qalmasından bezib.”Bavariya”nın baş məşqçisi Yurgen Klinsmanın milli komandanın çalışdırdığı vaxtda da əsas heyətdan kənarda qoyduğu Podolski belə münasibətə daha dözə bilmir.”Təbii ki,yanvarda taleyimin necə olacağı ilə bağlı fikirləşirəm.”Transfer pəncərəsi”nin açıq olduğu həmin vaxtda karyeramı harada davam etdirəcəyimi götür-qoy etmək kifayət qədər normal haldır.Əslində,”Arminiya”ilə oyunda əsas heyətdən kənarda qalmağım məni təəccübləndirmədi.Sadəcə,yenidən ehtiyat oyunçular skamyasında oturmaq məni qəzəbləndirdi”.Maraqlıdır ki,Klinsmanın sonradan şans verdiyi Podolski penalti zərbəsindən vurduğu qolla oyunda son nöqtəni (3:1) qoyub.Yetirmələrindən xüsusilə Lukası qeyd edən 44 yaşlı mütəxəssis onun oyunundan valeh olduğunu söyləyib.Podolski isə Klinsmanın yığmada köməkçisi olmuş,son iki ildə baş məşqçilik edən Yoahim Lövə tövsiyəni verib:”Yəqinki,mən də Lövdən gələcəkdə yalnız dünyanın ən güclü yığmaları ilə oyuna çağrılmağımı xahiş etməliyəm”.Milli komandamızın bir qrupda yer aldığı Almaniya yığmasə ilə gələn ilin avqust və sentyabrında görüşəcəyini nəzərə alsaq,Lukas həmin oyunlarda iştirak etmək istəmir.Hər halda Azərbaycan onun nəzərdə tutduğu dünyanın 20 ən güclü milli komandası arasında yer almır.