POLŞA - AZƏRBAYCAN - BİR HEÇ-HEÇƏ, İKİ MƏĞLUBİYYƏT

single-news
31 May 2005

POLŞA - AZƏRBAYCAN - BİR HEÇ-HEÇƏ, İKİ MƏĞLUBİYYƏT



Polşa Millisi ilə Azərbaycan Millisi indiyə qədər üç dəfə üz-üzə gəliblər. Bunlardan ikisi Polşada keçirilmiş və hər iki matç meydan sahiblərinin qələbəsi ilə başa çatmışdır. Qalan bir oyun isə, 15 noyabr 1995-ci ildə, Türkiyənin Trabzon şəfərinin "Avni Aker" stadionunda keçirilmişdir. Maraqlı keçən qarşılaşma 0:0 hesabı ilə başa çatmışdır. Bu matçların protokolları ilə sizi tanış edirik: POLŞA - AZƏRBAYCAN 1:0 (1:0) 12 oktyabr 1994. Mielets. Şəhər stadionu. 10000 tamaşaçı. AÇ-96. Hakim: İlka Koho (Finlandiya). Polşa: Yozef Vanzik, Valdemar Yaskulski, Tomaş Valdox, Tomaş Lapinski (Krjiştof Maçeevski, 79), Marek Kozminski (Adam Fedoruk, 70), Peter Sverçevski, Silvester Çereşevski, Krjiştof Varjixa, Roman Kosetsi, Anjey Yuskovyak, İrji Bjeçek. Baş məşqçi: Henrik Apostel. Azərbaycan: Aleksandr Jidkov, Füzuli Allahverdiyev, Aslan Kərimov, Tərlan Əhmədov, Arif Əsədov, Rasim Abuşov (Mahmud Qurbanov, 89), Yunis Hüseynov, Şahin Diniyev (k), Xaliq Mərdanov, Vəli Qasımov, Samir Ələkbərov. Baş məşqçi: Ağasəlim Mircavadov. Qol: Yuskovyak, 44. Vərəqələr: Abuşov, Əhmədov, Allahverdiyev - sarı. AZƏRBAYCAN - POLŞA 0:0 15 noyabr 1995. Trabzon (Türkiyə). "Avni Aker" stadionu. 1000 tamaşaçı. AÇ-96. Hakim: Lesle Mottram (Şotlandiya). Azərbaycan: Aleksandr Jidkov, İqor Getman, Deni Qaysumov, Tərlan Əhmədov, Yaşar Vahabzadə, Rasim Abuşov, Emin Ağayev, Vidadi Rzayev (Qurban Qurbanov, 69), Vladislav Qədirov (Mahmud Qurbanov, 65), Nazim Süleymanov (k) (Vyaçeslav Lıçkin, 86), Vəli Qasımov. Baş məşqçi: Kazbek Tuayev. Polşa: Andrey Vojnyak, Valdemar Yaskulski, Marek Sverçevski, Tomaş Sokolovski, Tomaş Valdox, Silvester Çereşevski, Pavel Voytala, Krjiştof Bukalski (Tomaş Lenart, 71), Enrik Baluşinski (Marçin Kujba, 65), Rişart Çervets, Slabomir Mayak (Rafal Syadaçka, 46), Baş məşqçi: Vladislav Staçurski. Vərəqə: Qaysumov - sarı. POLŞA - AZƏRBAYCAN 8:0 (3:0) 26 mart 2005. Varşava (Polşa)."Voyska Polskiyeqo" stadionu. 10000 tamaşaçı. DÇ-2006. Hakim: Nikolay Volkarts (Danimarka). Polşa: Yeji Dudek, Tomaş Klos, Tomaş Rjasa, Martsin Başçinski, Kamil Kosovski (Eusebiuş Smolyarek, 46), Yatsek Bak, Radoslav Sobolevski, Yatsek Krjınovek, Matsey Juravski (Marek Saqanovski, 73), Miroslav Şımkovyak, Tomaş Frankovski (Ancey Nedzelan, 67). Baş məşqçi: Pavel Yanas. Azərbaycan: Dmitri Kramarenko, Rəfael Əmirbəyov, Aftandil Hacıyev, Mahir Şükürov, Emin Quliyev (Rail Məlikov, 20), Kamal Quliyev, Vüqar Nadirov, Aslan Kərimov (Daniel Axtyamov, 46), Qurban Qurbanov, Rəşad Sadıqov, Nadir Nəbiyev (İlqar Qurbanov, 46). Baş məşqçi: Karlos Alberto Torres. Qollar: Frankovski, 12 (1:0). Hacıyev, 16 - öz qapısına (2:0). Kosovski, 40 (3:0). Frankovski, 62 (4:0). Frankovski, 66 (5:0). Krjınovek, 72 (6:0). Saqanovski, 85 (7:0).Saqanovski, 89 (8:0). Vərəqələr: Şükürov, 22. İ.Qurbanov, 77 - sarı.

Paylaş