PONOMARYOV OMİKDƏN SÜRPRİZ GÖZLƏYİR.(FUTBOL+, 07.03.2005)

single-news
7 Mar 2005

PONOMARYOV OMİKDƏN SÜRPRİZ GÖZLƏYİR.(FUTBOL+, 07.03.2005)



Mövsüm sona yaxınlaşdıqca xal eytiyatı ürəkaçan olmayan bəzi klublar gözünü ölkə kubokuna dikir. Düzdü, hələ heç kimin tamamilə nədənsə əli üzülməyib.Amma eyni zamanda bəzilərinin uzaqgörənlik edərək Avropa kuboklarına vəsiqə qazanmaq üçün kubokdan bərk-bərk yapışması istisna deyil... Çempionatda xal durumu əə yaxşı olan, amma ölkə kuboku uğrunda yarışdan kənarda qalan "Qarabağ"ın baş məşqçisi İqor Ponomaryovu mütəxəssis kimi kubok oyunlarına münasibətini öyrənmək üçün seçməyimiz heç də təsadüfi deyil: "Neftçi"- "İnter" ən maraqlı cütdür.Burada meydan sahibləri daha şanslı görünsə də, "bank təmsilçisi"nı də siyahıdan silmək olmaz.Ümumiyyətlə, bugünkü qarşılaşmada şansları 60:40-a dəyərləndirərdim."Xəzər-L"nın səfərdə oynamasına baxmayaraq, OMİK önünə favorit kimi çıxacağı aydındır.Amma burada "hərbçilər"dən sürpriz gözləyirəm."Gənclərbirliyi" indiyədək özünü yaxşı tərəfdən göstərib."Bakı"- "Karat" cütündə birincilər favoritdir.Komandaların turnir cədvəlindəki mövqeyi də belə düşünməyə əsas verir. Düzdü, futbolda konkret nəsə demək mümkün deyil, lakin "Bakı"nın real gücü rəqibi üstələməyə yetər.

Paylaş

// pop up