Ponomaryov “Qarabağ”dan ayrılacağını deyir (champion, 23.05.2005)

single-news
23 May 2005

Ponomaryov “Qarabağ”dan ayrılacağını deyir (champion, 23.05.2005)



Son turlarda alınan zəif nəticələrdən sonra çempionluq arzusunu azı bir illiyə təxirə salan ağdamlıların düşərgəsində hazırda əhval-ruhiyyə pisdir. Bunu baş məşqçi İqor Ponomaryov da təsdiq edir: “Klubdaxili ab-hava gərginləşib. Oyunçular bu nəticələrdən sonra özlərinə gələ bilmirlər. Hətta Vadim Vasilyev bir məşqi buraxıb. “Turan”la görüşə isə adi matç kimi hazırlaşırıq. Çalışacağıq ki, qələbə qazanaq”. Yeri gəlmişkən, İqor Anatolyeviçin mövsümün sonunda komandadan gedəcəyi barədə söz-söhbət yayılıb. Onun bu barədə fikirləri belədir: “Hələlik “Qarabağ”dan mənə müqaviləni uzatmaq təklif edilməyib. Heç başqa komandalardan da mənimlə maraqlananı yoxdur. Onu da deyim ki, Ağdam klubundan mənə birillik müqavilə təklif olunsa, razılaşmayacağam. Azı üçillik kontrakt istəyirəm. Təklifimə razı olmasalar, komandadan gedəcəyəm”. Mütəxəssisin sözlərindən anlamaq olar ki, o, “Qarabağ”dan ayrılmaq istəyir.

Paylaş