Ponomaryovlar İsveçə yollandı (FUTBOL+, 31.05.2005)

single-news
31 May 2005

Ponomaryovlar İsveçə yollandı (FUTBOL+, 31.05.2005)



"Qarabağ"la yollarını ayıran İqor Ponmaryov və oğlu Anatoli dünən gecə ölkəmizdən ayrıldı. Hər ikisi Azərbaycana böyük ümidlərlə gəlsə də... Ağdamlılarla uzun müddət ölkə çempionatının zirvəsində qərarlaşan ata Ponomaryov sonda hər şeydən oldu. Mövsümü 6-cı pillədə bitirən "Qarabağ"a ən böyük zərbənin avrokuboklardan kənarda qalması olduğu birmənalıdı. Nəticədə rəhbərliklə bir araya gələn Ponomaryov postuyla vidalaşdı. O indi ikinci vətəni İsveçdədi. Şimala özüylə üstü açılmamış bir yığın problemlə yollandı. Açıqlama verəcəyini bildirsə də, nədənsə son anda fikrindən daşındı. Səbəbini bir özü bilir, bir də Allahı. Halbuki müəmmalı hadisələrin mərkəzində idi. "Qarabağ"ın uğursuzluğunda və özünün taleyində həlledici olan məqamları bəlkə də səbəbkarların vicdanına buraxdı. Amma görünən odu ki, onun vətənə ikinci səfəri də uğursuzluqla sonuclandı. Yığmadakı məlum fəaliyyətinin ardından klub müstəvisində də başarılı ola bilmədi.

Paylaş