PONOMARYOVLAR «QARABAĞ»IN SİRRİNİ AÇDI (HET-TRİK, 12.08.2005)

single-news
12 Avq 2005

PONOMARYOVLAR «QARABAĞ»IN SİRRİNİ AÇDI (HET-TRİK, 12.08.2005)



Ötən mövsümü başa çatdıqdan sonra ölkəmizi tərk edərək ikinci vətənləri saydıqları İsveçə dönən ata və oğul Ponomaryovlar mövsümün gedişində «Qarabağ»da yaşanan qeyri-adi hadisələrdən söz açıblar. Bildiyiniz kimi, Ağdam klubunu «Neftçi»nin sabiq futbolçusu İqor Ponomaryov çalışdırırdı. Lakin komanda ilk dövrəni lider kimi bitirməsinə baxmayaraq, ciddi problemlərlə üzləşdi. Hətta ata Ponomaryovun tezliklə istefa verəcəyi də gözlənilirdi. Bununla belə, İqor bəy ağdamlıları mövsümün sonunadək çalışdıracaq. Klubda yaranmış qeyri-sağlam mühitə baxmayaraq, «Qarabağ» turnir cədvəlinin birinci pilləsini çempionatın sonuna bir neçə tur qalmış əldən verdi. Ponomaryov isə mövsüm başa çatar-çatmaz başını götürüb ölkədən qaçdı. Bugünlərdə müsahibələrindən birində İqor Anatolyeviç «Qarabağ»dan ayrılmasını belə izah edib: «Əvvəla həvəskar səviyyədə deyil, qarşısına yüksək vəzifə və məqsədlər qoyan komandayla işləmək istəyirəm. İkincisi, klub rəhbərliyinin səviyyəsi və işə yanaşması peşəkar səviyyədə olmalıdır. Üçüncüsü, bu klubda yalnız mən və daha bir neçə futbolçu yüksək məqsədlər haqda düşünürdü. Nəhayət, dördüncüsü, klub rəhbərliyinin məşqçiyə münasibəti peşəkar səviyyədə olmalıdır. Etik qaydalar pozulmamalı, tam etibar olmalıydı. Futbolçularla da anoloji münasibət qurulmalıdır». Ardından ata Ponomaryov böyük səs-küylə «Qarabağ»a transfer olunan oğlunun qışda komandadan ayrılmasının səbəblərini açıqlayıb və Ağdam klubunun rəhbərliyinin komandanın uğurunda maraqlı olmadığını bildirib: «İlk dövrədən sonra «Qarabağ» birinci yerdə idi. Hamı xoşbəxt və razı idi. İstirahətə yollandıq. İndi klub rəhbərliyinin ziddiyyətləri haqda danışım. Əvvəla rəhbərliyə mükafatçılar lazım deyildi. Axı, bu klubun həyatının iqtisadi cəhətdən səmərəsiz davamı idi. Bu halda komanda avrokuboklara vəsiqə qazanacaqdı, futbolçu almalı olacaqdı və s. İkincisi, aşağıdakı kimi anladığım rəhbərliyin ikili oyunu: biz «lehinəyik», amma adamın arxasında elə həmin ikili standartlar qalırdı. Üçüncüsü, pərdəarxası oyunlar. Nəhayət, ən sonuncusu son oyunlarda bəzi oyunçuların kluba və komanda yoldaşlarına tərbiyəsiz münasibəti». Anatoli Ponomaryov da «Qarabağ»dan ayrılmasının səbəbini maraqlı şəkildə açıqlayıb və Ağdam klubunu «bir böyük faciə» kimi dəyərləndirib: «Heç bir futbolçuya «Qarabağ»a başçılıq edən rəhbərliyi arzu etməzdi. Onlar bütün işləri savadsız görür, atama qarşı işləyirdilər. Futbolçular nəsə etmək, müəyyən nəticə qazanmaq istəyirdilər. Lakin bu, rəhbərliyi qane etmədi. Çempionatın yarısından çoxunu lider kimi keçirdik. Sonna yaxın isə bosslar nəticələrin korlanması üçün əlindən gələni etdilər. Bundan başqa, onlar futbolçularla eybəcərcəsinə rəftar edir, atama qarşı dağıdıcı iş görürdülər. Atamı Azərbaycanın ən yaxşı məşqçilərindən hesab edirəm və onların niyə belə etdiyini anlaya bilmirəm. Bütün bunlardan sonra onları görmək belə istəmirəm. Həmin vaxt «İnter» variantı ortaya çıxdı və dərhal bu komandaya keçdim».

Paylaş

// pop up