`Portadoun` - `Qarabağ`.Qələbə!!!!Əzmkarlıq və `Qarabağ` fərqi. CANLI

single-news
15 İyl 2010

`Portadoun` - `Qarabağ`.Qələbə!!!!Əzmkarlıq və `Qarabağ` fərqi. CANLI



`Qarabağ` (Azərbaycan): 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 14.Rəşad Sadixov, 4.Zaur Həşimov, 5.Maksim Medvedev, 13.Samir Abbasov, 6.Rəşad Sadiqov, 9.Elvin Məmmədov, 10.Emin İmaməliyev, 22.Əfran İsmayılov, 77.Georgi Adamiya.

Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 7. Namiq Yusifov,8. Aslan Kərimov, 23. Tural İsgəndərov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev

Baş Məşqçi: Qurban Qurbanov

`Portadun` (Şimali İrlandiya): 1. David Miskelli, Ross Redman,  4. Keys O`hara, 5. Kristofer Ramsey, 6. Kelli Daren, 7. Boyl Üesli, 10. Kevin Braniff, 11. Timoti Monthey, 12. Allan Tigart, 18. Ricard Leski, 22. Neil  Makferti

Matç öncəsi: `Qarabağ` artıq `Şamrok Park`dadır. Portadunda qeyri-sabit hava şəraiti davam edir. Ara-sıra yağış müşayət olunur. Hal-hazırda isə günəşli hava var.

Artıq komandalar oyunqabağı isinmə hərəkətlərinə çıxıblar

Ayrıntıları saytımızdan izləməyi unutmayın...

1` - `Qarabağ` oyuna başladı

3` - İlk təhlükə komandamızdan. Elvin cərimə meydançasında qərar verə bilmədi

4` - Cərimə zərbəsi. Sadıqovun zərbəsi müdafiəçiələrə dəyir

5` - İlk künc zərbəmiz nəticəsiz qalır

8 – Sadıxovun fantastik zərbəsi qapıdan 1 neçə santim aralı keçir

10 – Emin kiçik zədə keçirir

13 – Oyun komandamızın üstünlüyü ilə keçir

16 – Elvin də uzaqdan qapını yoxlayır, amma azacıq dəqiqlik çatmır

20 – Maksimin sağ cinahdan iti keçidi top qapıçıda qalır

22 – Bu dəfə Emin qapını yoxlayır, amma zərbəsi dəqiq alınmır

25 – Oyuna təmamilə komandamız nəzarət edir

28 – Rəqib qapıya zərbədəcə hesabı açır.  Sağ cinahdan Leskinin zərbəsi tora daxil olur

30 – Rəqib 1:0 öndədir

31 – Komandamız yenidən oyuna tam nəzarəti ələ keçirib

33 – İnanılmaz bir qol şansı!!! Rəşadın yerinə yetirdiyi cərimə zərbəsi sonrası topı dirəyə dəyərək meydanı tərk edir

36 – Zaur da uzaqdan qapını yoxlayır, top qapının üstündüən keçir

39 – Sağlı-sollu hücumlarımız bir nəticə vermir

42 – Rəşadların hər 2-sinin zərbəsi alınmır

44 – Emin sol cinahdan cərimə meydançasına daxil olur, lakin ötürməsinə çatan olmur

45 – Adamiyanın növbəti zərbəsdi müdafiəçilərdən dönür

45 – Hakim ilk yarıya əlavə etmədən hissəni bitirir

46 – Komandamız 2-ci yarıya dəyişiklikə başlayır. Eminin yerinə Rauf meydandadır.

47 – Komandamız dərhal oyun rəib sahəyə yıxır. Əfran və Adamiyanın ardıcıl həmlələri nəticəsiz qalır

48 – Maksimin asması zamanı Raufun baş zərbəsi qapının üstündən keçir

49 – Sadiqovun zərbəsi müdafiəçilərdən meydanı tərk edir

49 – İnanılmazıdr!!!Rəqib 11 nəfərlə cərimə meydançasındadır. Sağlı-sollu hücumlar zamanı top qapıya girmir ki, girmir

51 – Sadıxovun zərbəsi çətinliklə dəf edir, təkrar zərbəni Sadiqov vurur bu dəfə də geri dönur

53 – Bu arada yağış yenidən yağmaya başladı

56 – Bu artıq məntiqə sığmır. Rauf qapıçını da keçir, lakin zərbəsini müdafiəçilər boş qapıdan çıxarır

58 – Rauf bu dəfə təkbətək şansını qaçırdı

60 – Komandamız artıq 3 müdafiəçiylə oynayır. Rəşad Sadıqov ortaya keçib

61 – Adamiyanın növbəti zərbəsi qapının üstündən keçir

63 – Adamiya 2 dəfə ofsayda düşür

65 – Maksimin cərimə meydançasının üzərindən 2 zərbəsi nəticəsiz qalır

66 – QOLLLLLLLLLLLLLLLLLL!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Nəhayət!!! Əfran sağ cinahdan cərimə meydançasına daxil olaraq dəqiq zərbə endirir. Biz oyunda qalib gəlməliyik

68 – Komandamız yenidən ərazi üstünlüyü ələ keçirib

70 –Əfran növbəti dəfə rəqibin müdafiəsini yarmağa çalışsa da bu dəfə rəqib sayıq oynadı

72 – Komandamız rəqibi topsuz qaçırdır. Artıq 2 dəqiqəyə yaxındır ki, rəqib top görmür

75 – Son 15 dəqiqə. Hesab 1:1-dir

76 – Elvinin yerinə Aslan meydana daxil olur

78 – Əfrandan şıq hərəkətlər amma yenə də müdafiəçilər özünü topun qabağına atır

79 – Leskinin yerinə Braun oyuna daxil olur

80 – Aslana qarşı kobudluğa görə Makferti sarı vərəqə alır

82 – Adamiyanın yerinə Vüqar meydandadır

84 – Rəqibin nadir hücumlarından biri. Cərimə zərbəsi zamanı kobud oynayırlar

85 – Son 5 dəqiqə

86 – QOLLLLLLLLLLLLL!!!!!!!!!!!!!!!!!!!!!!!ƏFRANNNNNNNNNNNNNN!!!!!!Rauf  ötürməsiylə Əfran eyni nöqtədən komandamızı önə keçirir. Bravo!!!!!!!

88 – Əfran bu dəfəhərəkərlərlə keçir, Rəşada ötürmə verir lakin son zərbəni endirmək mümkün olmur

89 – Komandamız yerinə rəqibi topsuz qaçırır

90 – Oyunun sonuna 2 dəqiqə əlavə olunur

90+2 – Fərhad əla seyv edir. Bravo Fərhad!!

90+2 – Hakimin fiti!!! Və bütün stadion ayağa qalxaraq düz 5 dəqiqə hər 2 komandanın futbolçularını alqışlarla yola salır

90 +2 – Bitdi!!! Bravo!!!!!!!!!!!!!! Hətta təyyarə birbaşa stadiona getsəydi belə qələbə qazanacaqdınız!!!

 

Paylaş

// pop up