Premyer Liqada 40-cı qol
10 Mar 2026
Premyer Liqada 40-cı qol
Komandamızın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub. Onun yubiley qolu 127-ci oyununa təsadüf edib.
Portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXIII turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Andradenin ilk qolu yubiley xarakteri daşıyıb. O, matçda ikinci dəfə fərqlənməklə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.
Premyer Liqada 2021/22 mövsümündə debüt edən və ölkəmizdə yalnız komandamızda çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb.
Qeyd edək ki, Leandro turnirdə 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.
