Premyerliqa derbiylə başlayacaq

single-news
22 İyl 2011

Premyerliqa derbiylə başlayacaq



Premyer Liqanın 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib.


Ötən mövsüm olduğu kimi bu il də Premyer Liqada 12 komanda iştirak edəcək və çempionat yenə `altılıq` sistemi üzrə keçirilir. Premyer Liqada çıxış edəcək klublardan 5-i paytaxt klubudur. Bunlar AZAL, `Bakı`, `İnter`, `Neftçi` və `Rəvan` komandalarıdır.

Qalan 7 komanda isə bögələrimizi təsmil edir. Ötən mövsüm də çempionatda iştirak etmiş `Qəbələ`, `Simurq`, `Kəpəz`, `Turan`, `Qarabağ` və `Xəzər Lənkəran`la yanaşı, `Sumqayıt Şəhər` də bu mövsümdən Premyer Liqada çıxış edəcək.
 
Qeyd edək ki, `Simurq` ötən mövsümünün nəticələrinə görə Premyer Liqanı tərk etsə də, `Muğan`ın çempionatdan imtina etməsi ilə Zaqatala təmsilçisi yenidən elitaya qayıdıb.

20-ci Azərbaycan Premyer Liqasının ilk turunda qarşılaşacaq cütlüklər müəyyənləşib. Bu gün keçirilən püşkatma mərasimində məluma olub ki, avqustun 6-7-də keçiriləcək birinci turda aşağıdakı oyunlar keçiriləcək:
`Qəbələ` - `Bakı`
`Xəzər Lənkəran` - `Sumqayıt`
`Neftçi` - `Qarabağ`
`Simurq` - AZAL
`İnter` - `Turan`
`Kəpəz` - `Rəvan`

Paylaş

// pop up