Premyerliqada növbəti istefa

single-news
2 Apr 2012

Premyerliqada növbəti istefa



Premyer Liqada daha bir baş məşqçi istefası gerçəkləşib. AZAL-ın çalışdırıcısı Rafiq Mirzəyev və onun köməkçiləri tutduqları vəzifədən istefa veriblər.
Xatıtladaq ki,  bu AZAL-da mövsüm ərzində baş tutan 2-ci istefadı. Mövsüm start götürməmiş Nazim Süleymanovla yolları ayıraraq sükanı Elxan Abdullayevə tapşıran AZAL az sonra Rafiq Mirzəyevə güvənmişdi. 2-ci `6`lıqda baş tutan dəyişiklik çempionatda sayca 11-ci oldu.
Bu mövsüm qeydə alınan istefaların siyahısı:
`Rəvan`: Bəhmən Həsənov, Vladislav Qədirov
 AZAL: Elxan Abdullayev, Rafiq Mirzəyev
`Kəpəz`: Mehman Allahverdiyev, Mirbağır İsayev
`Qəbələ`: Toni Adams
`Simurq`: Sergey Yuran
`Bakı`: Aleksandr Starkov
`Xəzər Lənkəran`: Mrica Rednik, Cüneyt Biçər
Qeyd edək ki, yuxarıda adları sadalanan məşqçilərdən Bəhmən Həsənov (`Rəvan`) sonradan yenidən əvvəlki vəzifəsinə qaytarılıb.

Paylaş

// pop up