Premyerliqanın finalı:`Xəzər-L` - `Qarabağ`.

single-news
11 May 2012

Premyerliqanın finalı:`Xəzər-L` - `Qarabağ`.



Lənkəran şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov

“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev, (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 25. Ansi Aqolli, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya

1`- Oyuna `Xəzər L` başlayır
3`- `Xəzər L`cərimə zərbəsi yerinə yetirir, Rəşad Sadıqov topu uzaqlaşdırır
5`- Ardıcıl iki hücumumuz...lakin nəticəsizidir
7`- Vaqif cərimə zərbəsi yerinə yetirir, lakin top qapı torunu yandan sirkələyir
8`- `Qarabağ`ın əks hücumu... lakin Ansi Aqolli ofsayta düşür
11`- `Xəzər L` hesabı açır
13`- Adamiya sarı vərəqə alır
17`- Oyun meydanın mərkəzində gedir
20`- Vaqif künc zərbəsi yerinə yetirir, lakin topa toxunan olmur
21`- `Xəzər L.` hesabı 2-0 edir
28`- `Qarabağ` hücumu... Vüqarın asması qapıçıda qalır
29`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapıçı topu dəf edir
31`- `Xəzər L` hesabı 3-0 edir
35`- `Xəzər L`dan iki oyunçusu sarı vərəqə alır
36`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, lakin topa toxunan olmur
41`- Maksimin qapıya doğru zərbəsi, top qapının üstündən keçir
44`- Muaremin qapıya doğru zərbəsi qeyri dəqiq olur
45`- İlk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` oyunçu dəyişikliyi ilə başlayır. Qaranı Rauf Əliyev əvəzləyir
47`- Rəşad Sadıqovun yerinə yetirdiyi 2 ardıcıl cərimə zərbəsi nəticəsizdir
58`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Vüqarı Zaur əvəzləyir
62`- `Qarabağ`da son oyunçu dəyişikliyi.. Maskimi İlqar əvəzləyir
66`- `Xəzər L` hesabı 4-0 edir
69`- Beqiri 2-ci sarı vərəqə alır
70`- Rauf penaltini yerinə yetirərək hesabı 4-1 edir
72`- Rauf qapıçı ilə təkbətək çıxsa da, Kamran zərbəni dəf edir
75`- Adamiyanın qapıya zərbəsi qapıçıdan dönür
76`- Raufun qapıya doğru zərbəsi, top qapı tirinə dəyir
82`- Rəşad Sadıqovun zərbəsi qapıçıda qalır
89`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyun bitir





Paylaş

// pop up