Premyerliqanın formatı dəyiş(mə)di
13 İyl 2010
Premyerliqanın formatı dəyiş(mə)di
İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. «Qızıl xallar» prinsipi ləğv olunmaqla Premyer Liqanın formatı ötən mövsüm olduğu kimi saxlanılsın.
2. Klubların xahişi nəzərə alınaraq, legioner futbolçular üçün ödənilən rüsum 1-ci il 20 min manat, eyni futbolçu üçün ikinci il 10 min manat, 3-cü və növbəti illər üçün 5 min manat müəyyənləşdirilsin.
3. Hazırda öz ölkəsinin milli komandasının heyətində çıxış edən legioner futbolçular üçün rüsum ödənilməsin.