Premyerliqanın formatı yenidən dəyişəcək

single-news
15 Mar 2013

Premyerliqanın formatı yenidən dəyişəcək



AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 1. 2013/2014-cü ilə mövsümündən etibarən Topaz Premyer Liqası 10 komanda ilə 4 dövrəli sistemlə keçiriləcək. 2. 2013/2014-cü ilə mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır. 3. Arif Əsədov U-19, Aslan Kərimov U-16 və Patrisia Gonzales U-19 qızlar Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təsdiq edilsin. 4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsi yenidən hazırlansın.

Paylaş

// pop up