PREZİDENTİ ÖLDÜR, DİEQONU AL!!!
PREZİDENTİ ÖLDÜR, DİEQONU AL!!!
“Verder”in sahibi Dieqo Ribasla bağlı daha da artan şayiələrə çox kəskin və cəlbedici reaksiya verib.Yürgen Born braziliyalı pleymeykerin bu yay “Real”a və “Çelsi”yə satılacağı halda indi bir qədər də real səslənən fikri qətiyyətlə təkzib edib. O bu futbolçunun, necə deyərlər satılan mal olmadığını bir daha dilə gətirib: “Dieqo satış üçün məhsul deyil. Onun bizimlə 2011-ci ilə qədər müddətə hesablanan müqaviləsi var. Komandamızın ən önəmli oyunçusu ilə belə tez vidalaşmaq fikrindən çox uzağıq. Bir də ki, nə “Real”dan, nə də digər klublardan heç bir təklif almamışıq. Dieqonu kimsə almaq istəyirsə, əvvəlcə məni öldürməlidir! Braziliyalı futbolçu başqa kluba yalnız mənim meyitimin üstündən keçib gedə bilər!”

Bornun bu açıqlamasına rəğmən, “Yuventus” rəhbərliyi braziliyalıdan gözünü çəkməyib. Turinlilər ötən həftə bremenliləri 15 milyon funt sterlinq əvəzində razı sala biləcəyini bəyan etmişdir. Amma “Marka” qazeti onların bu məbləği almanlar üçün cəlbedici həddə çatdırdığını xəbər verir. Agentinə inansaq, Dieqo “Verder”i “Real”a dəyişmək istəyindədir. Amma italyanlar şəxsi müqaviləsinin şərtlərinə daha da cəlbedici görkəm verməklə Ribası yola gətirə biləcəyinə ümid edir. Hətta onu yeni mövsümdə “Yuve”nin liderləri Del Pyero, Buffon və Nedvedevlə eyni məbləğdə məvacib almaq şansından danışılır.

