PSV tarixi derbidə yazdı:10-0

single-news
26 Okt 2010

PSV tarixi derbidə yazdı:10-0



Dünya futbol meydanlarında nadir baş verən hadisə Hollandiyanı şoka salıb.  Ölkənin böyük derbilərinin birində elə hesab qeydə alınıb ki... Belə ki, `PSV` - `Feyenord` oyunundan öncə birincilər qələbəyə real namizəd sayılsa da, belıə olacağını heç kim gözləmirdi. Eyndhovenlilərin məhlə hesabıyla qələbə qazanmasını yəqin ən nikbin azarkeş belə gözləmirdiMövsümə pis başlayan "Feyenoord"un qapısana qol bombardmanı 25-ci dəqiqədə başlayıb. Conatan Reis komandasını 1:0 hesabda önə keçirib. 40-cı dəqiqədə PSV İbrahim Afellay ilə hesabı 2:0 edib və ilk hissə başa çatıb.
İkinci hissəyə meydan sahibləri çox sürətli başlayıb və 47-ci dəqiqədə Conatan Reis özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:0. Bu qoldan 2 dəqiqə sonar Ola Toivonen hesabı 4:0 edib. 55-ci dəqiqədə bu dəfə Cereman Lens fərqi 5:0-a çatdırıb. Dəqiqələr 60-ı göstərərkən Reis "het-trik" edərək hesabı 6:0-a çıxaran qolu vurub. 71-ci dəqiqədə bu dəfə Orlando Enqlaar hesabı 8:0 edib. 7 dəqiqə sonra Dsudsaq özünün ikinci, komandasının 9-cu qolunu vurub.
Artıq fırtınanın sakitləşməsi gözlənsə də, 88-ci dəqiqədə Cereman Lens təkrar səhnə alaraq matçın 10:0 bittiyini təyin edən qolu vurub.
PSV bu nəticə ilə "ən fərqli qalibiyyət"ə imza atan komanda olaraq Hollandiya çempionatının tarixinə düşüb.


 

Paylaş

// pop up