Püşk yenə Qafqazı seçdi

single-news
5 Avq 2011

Püşk yenə Qafqazı seçdi



İsveçrənin Nyon şəhərində Avropa Liqasının `play-off` mərhələsinin püşkatma mərasimi keçirilib.

Bakı vaxtı ilə saat 16:30-da start götürəcək püşkatmada bütün komandaların rəqiblərinə aydınlıq gəlib.

`Qarabağ`ımızı mübarizədən kənarlaşdıran Belçikanın `Brügge` klubu isə bu gün öz rəqibi ilə tanış olub. Adri Kosterin yetirmələri Gürcüstanın `Zestafoni` klubuyla qarşılaşacaq.

Ümumilikdə isə `play-off`da 76 komanda qrup mərhələsinə düşmək uğrunda mübarizə aparacaq. Bunların arasında Türkiyə klubları da var. Qardaş ölkənin `Beşiktaş`, `Bursaspor` və `Trabzonspor` klublarının da bu gün rəqibləri müəyyənləşəcək.

Artıq Avroliqanın `play-off` mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib.


`Atletiko` (Madrid, İspaniya) - `Vitoriya` (Portuqaliya)

`Makkabi` (Təl-Əviv, İsrail) - `Panatinaykos` (Yunanıstan)

`Beşiktaş` (Türkiyə) - `Alaniya` (Rusiya)

`Metallist` (Xarkov, Ukrayna) - `Soşo` (Fransa)

`Şamrok Rovers` (İrlandiya) - `Partizan` (Serbiya)


`Rusenborq` (Norveç) - AEK (Kipr)

`Vorskla` (Ukrayna) - `Dinamo` (Buxarest, Rumıniya)
 
`Bursaspor` (Türkiyə) - `Anderlext` (Belçika)

`Roma` (İtaliya) - `Slovan` (Slovakiya)

`Olimpiakos` (Yunanıstan) - `PSJ` (Fransa)


`Legia` (Polşa) - `Spartak` (Moskva, Rusiya)

`Ekranas` (Litva) - `Hapoel` (Təl-Əviv, İsrail)

PAOK (Yunanıstan) - `Karpat` (Ukrayna)

`Trabzonspor` (Türkiyə) - `Atletik` (İspaniya)

`Harts` (Şotlandiya) - `Tottenhem` (İngiltərə)


`Maribor` (Sloveniya) - `Reyncers` (Şotlandiya)

`Styaua` (Rumıniya) - CSKA (Sofiya, Bolqarıstan)

`Nordsyalland` (Danimarka) - `Sportinq` (Portuqaliya)

`Dnepr` (Ukrayna) - `Fulhem` (İngiltərə)

`Lokomotiv` (Moskva, Rusiya) - `Spartak` (Trnava, Slovakiya)


`Sion` (İsveçrə) - `Seltik` (Şotlandiya)
 
`Sląsk` (Polşa) - `Rapid` (Rumıniya)

`Liteks` (Bolqarıstan) - `Dinamo` (Kiyev, Ukrayna)

`Latsio` (İtaliya) - `Rabotniçki` (Makedoniya)
 
`Nasional` (Portuqaliya) - `Birmingem Siti` (İngiltərə)

`PSV` (Hollandiya) - `Ried` (Avstriya)


`Thun` (İsveçrə) - `Stok Siti` (İngiltərə)

`Aalesunds` (Norveç) - `AZ Almkaar` (Hollandiya)

`Vasluy` (Rumıniya) - `Sparta` (Çexiya)

`Omoniya` (Kipr) - `Zalsburq` (Avstriya)

`Zestafoni` (Gürcüstan) - `Brügge` (Belçika)

`Hannover` (Almaniya) - `Sevilya` (İspaniya)


HİK (Finlandiya) - `Şalke` (Almaniya)

`Dinamo` (Tiflis, Gürcüstan) - AEK (Yunanıstan)

`Renn` (Fransa) - `Srvena Zvezda` (Serbiya)

`Qaz Metan` (Rumıniya) - `Avstriya` (Avstriya)

`Braqa` (Portuqaliya) - `Yanq Boys` (İsveçrə)

`Standard` (Belçika) - `Helsinborq` (İsveç)  
 

Qeyd edək ki, Avroliqanın `play-off` mərhələsinin ilk oyunları avqustun 18-də, cavab görüşləri isə ayın 25-də keçiriləcək.

Paylaş

// pop up