PÜŞKATMANIN NƏTİCƏLƏRİ...

single-news
8 Okt 2008

PÜŞKATMANIN NƏTİCƏLƏRİ...



Bu günlərdə UEFA kubokunun qrup mərhələsinin püşkü atılıb. Türkiyə təmsilçisi “Qalatasaray” “Beşiktaş”ı turnirdən kənarlaşdıran Xarkovun “Metallist” klubu ilə bir qrupa düşüb. “Cim-bom” digər rəqibləri “Benfika”, “Olimpiakos” və “Herta” olacaq.
“Qalatasaray” ilk oyunu oktyabrın 23-də öz meydanında “Olimpiakos”a qarşı keçirəcək. Noyabrın 6-da “Benfika”nın qonağı olacaq İstanbul təmsilçisi üç həftə sonra “Metallist”i qəbul edəcək. Qrupda axırıncı görüşünü dekabrın 3-də Berlində “Herta” ilə keçirəcək “Qalatasaray” son turda istirahət edəcək.
Qrup oyunlarının yekununa əsasən, ilk üç yeri tutan komandalar 1/16 finala vəsiqə qazanacaq.
A qrupu:
“Şalke-04” (Almaniya), PSJ (Fransa), “Mançester Siti” (İngiltərə), “Rasinq” (İspaniya), “Tvente” (Hollandiya)


B qrupu:
 “Benfika” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Qalatasaray” (Türkiyə), “Herta” (Almaniya), “Metallist” (Ukrayna)


C qrupu: “Sevilya” (İspaniya), “Ştutqart” (Almaniya), “Sampdoriya” (İtaliya), “Partizan” (Serbiya), “Standard” (Belçika),
D qrupu: “Tottenhem” (İngiltərə), “Spartak” (Rusiya), “Udineze” (İtaliya), “Dinamo” (Xorvatiya), NEK (Hollandiya)


E qrupu: “Milan” (İtaliya), “Herenven” (Hollandiya), “Braqa” (Portuqaliya), “Portsmut” (İngiltərə), “Volfsburq” (Almaniya)


F qrupu: “Hamburq” (Almaniya), “Ayaks” (Hollandiya), “Slaviya” (Çexiya), “Aston Villa” (İngiltərə), “Jilina” (Slovakiya)


G qrupu: “Valensiya” (İspaniya), “Brügge” (Belçika), “Rusenborq” (Norveç), “Kopenhagen” (Danimarka), “Sent-Etyen” (Fransa)


H qrupu: MOİK (Rusiya), “Deportivo” (İspaniya), “Feyenoord” (Hollandiya), “Nansi” (Fransa), “Lex” (Polşa)
Qeyd edək ki, UEFA kubokunun finalı gələn ilin mayında İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.

Paylaş

// pop up