PULUN ÖNƏMİ VƏ YA NİSBİLİK NƏZƏRİYYƏSİ....

single-news
2 May 2007

PULUN ÖNƏMİ VƏ YA NİSBİLİK NƏZƏRİYYƏSİ....



ASİF ƏSGƏROV

Hər şey nisbidir. Əgər hər hansı bir hadisəyə, və ya olacaqlara münasibət bildirilirsə onu başqa – uyğun bir hadisə ilə müqayisəli şəkildə müsbət və mənfi tərəflərini müzakirə etmək lazimdir. Nisbilik nəzəriyyəsinin də ən böyük üstünlüyü məhz budur. ..
Sual oluna bilər ki, futbolun Nisbilik Nəzəriyyəsi ilə nə əlaqəsi? Bir az səbrli olun. Aşağıdakı yazını oxuduqca bu sualın cavabı aydınlaşacaq.  
16-cı ildir Azərbaycan Milli Çempionatı Dünya Futbol sənayesinin içərilərinə doğru irəliləmək istəyir. Lakin nəticə olması üçün sərmayənin rolunun danılmaz olması baxımından son üç ildə Futbolumuzun inkşafda olduğunu deyə bilərik. Diqqət edin – SƏRMAYƏ BAXIMINDAN. Məhz 2004-cü ildə Azərbaycan Futboluna müxtəlif Holding və Şirkətlərin sərmayəsi Azərbaycanda da Futbol Sənayesinin inkşafı üçün zəmin yaratdı. Dövlət tərəfindən Futbolun inkşafı Proqramı qəbul olundu və bu proqramda yazılanlar da həyata keçirilməli idi. . .
 Bu üç ildə çox şey dəyişdi. Azərbaycan Futbolçularının həyat şəraiti yaxşılaşdı, Futbol infrastrukturunda inkşaf baxımından dəyişikliklər edildi, bölgələrdə Stadionlar tikildi, əcnəbi futbolçuların axını əvvəlki illərlə müqayisədə qat-qat artdı. Üstəlik əcnəbi çalışdırıcıların təcrübəsindən də istifadə olundu. Hər edilən şey də nəticə olaraq Avropaya inteqrasiya üçün hesablandı. Bu da baş verdi. Amma necə? Avropada oynamaq xatirinəmi? Əgər məqsəd Avropa Futbolunda oynamaq və böyükhesablı məğlubiyyəti daha az topla əvəz etmək idisə, bunu inkşafsız– bəxt hesabına da  etmək olardı. Daha niyə bu qədər sərmayə? İş adamları öz fəhlələrinin bütün günü ağır iş, alın təri hesabına qəpik-qəpik qazanaraq topladığı paraları futbolumuzn inkşafına xərcləyir və... İnkşaf eləyirik. Öz içərimizdə...
 Əgər bir nəfər də olsun “futbolçu”muz Avropa deməyək – Rusiyanın birinci dəstəsində belə top qova bilmirsə və ən yaxşı halda 10 günlük turist səfərinin 2-ci günündə məcbur olaraq geri qayıdırsa hansı inkşafdan danışırıq ?
Əgər bir bütün büdcəsi bizim bir futbolçunun alacağı qədər olan komanda biabırçı şəkildə bizi məğlub edirsə hansı inkşafdan danışırıq ?
Əgər səkkiz top buraxdığımız bir komandadan beş top buraxıb seviniriksə budurmu inkşaf ?
UEFA-da oynayırıq və 90 dəqiqənin başlamasına qədər hamı həsədlə baxır –
“ Bunların futbolçuları “xxxxx” qədər pul qazanır bizimki isə “x” qədər... Azərbaycanda futbol inkşaf edir...” –kimi fikirlər.. müqayisə edəndə bilməyənlər, görməyənlər həqiqətən də müqayisə olunan ölkələr arasında fərqin olduğunu açıq aşkar bildirirlər. Yalnız 90 dəqiqənin başlanmasına qədər. 90 dəqiqə isə göstərir ki, BİZİM FUTBOLun inkşafı yaşıl ot ətrafında cərəyan edir. Futbolumuzun inkşafı fəhlənin alın tərinin - “Molla Nəsrəddinin yorğanın başındadır”. Yaşıl otun isə 220 VT-lıq cərəyanı var. Yaxın gələni....
Hər şeyi para ilə əlaqələndirdik. Baxaq -Niyə biz Portuqaliyaya yenildik? Onların kapitanı xx...x MİLYON, Bizim ki isə xxx MİN qazanır. Elə buradan nəticə çıxır ki, uduzmağımız təbiidir. Bəs onda yuxarıda misalı olan “bir futbolçu – bir komanda” məsəlinə uyğun olaraq biz gərək ONLARDAN bir baş üstün olardıq axı..... Bəs niyə biz özümüzdən qat-qat zəif saydığımız birinə uduzuruq?
Futbolumuzda o qədər anlaşılmaz hadisələr baş verir ki, hətta əsrlərdir Dünyada aksiom kimi qəbul olunan Nisibilik nəzəriyyəsinin də düzgünlüyünə şübhə yaranır. Doğrudanmı hər şey nisbidir, yoxsa Bizim Futbolumuzda BAŞ BİLƏNLƏRimiz bizim sadaladıqlarımızın fərqinə varmırlar?
Bütün bu deyilənlərin sonuna XI konfransda qəbul olunmuş qərarları da əlavə etsək...
Yox, yox..... DAYANIN ! ! ! – Nisbilik NƏZƏRİYYƏ yox, SADƏCƏ FİKİR İMİŞ....ya da Eynşteynin vaxtında Azərbaycan  futbolu olmadığından....

Paylaş

// pop up