`Qalatasaray` `Real`a, `Fənər` isə İtaliyaya
15 Mar 2013
`Qalatasaray` `Real`a, `Fənər` isə İtaliyaya
Çempionlar və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
UEFA-nın Nyon şəhərindəki qərargahında baş tutacaq mərasim Bakı vaxtı ilə saat 15.00-da başlanıb.
Xatırladaq ki, 1/4 finala vəsiqə qazanan komandalar bunlar idi: `Real`, `Barselona`, `Malaqa` (hər üçü İspaniya), `Bavariya`, `Borussiya`(hər ikisi Almaniya), `PSJ` (Fransa), `Yuventus` (İtaliya), `Qalatasaray` (Türkiyə).
Püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq
`Malaqa` - `Borussiya`
`Real` - `Qalatasaray`
`PSJ` - `Barselona`
`Bavariya` - `Yuventus`
ÇL-in 1/4 finalının oyunları 2/3 və 9/10 aprel tarixlərində olacaq.
AL-də isə püşkün nəticəsinə əsasən, 1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaq:
`Çelsi` - `Rubin`
`Tottenhem` - `Bazel`
`Fənərbaxça` - `Latsio`
`Benfika` - `Nyukasl`
