`Qalatasaray` və `Barsa` gələn oyuna saxladı

single-news
21 Fev 2013

`Qalatasaray` və `Barsa` gələn oyuna saxladı



Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Son oyun günündə bütün diqqətlər Milana yönəlmişdi. Burada eyniadlı komanda ÇL-in favoriti olan `Barselona`nı qəbul edib. Əksər proqnozların əksinə olaraq, `Milan` bu görüşdə Kataloniya təmsilçisi 2:0 hesabı ilə məğlub edib. Bununla da, `Barsa`nın növbəti mərhələyə keçməsi çətinləşib. Tito Vilanovanın komandasına istəyinə çatması üçün cavab görüşündə ən azı üç top fərqlə qalib gəlməsi lazımdır.
Azərbaycanlı azarkeşlər üçün İstanbulda baş tutan `Qalatasaray` – `Şalke` qarşılaşması da az maraq doğurmurdu. Görüşdə hesabı İstanbul kluba açsa da, Fatih Terimin komandası üstünlüyü qoruya bilməyib - 1:1. Bu cütlüyün taleyinə Almaniyadakı cavab görüşündə aydınlıq gələcək.
 

20 fevral
`Milan` (İtaliya) – `Barselona` (İspaniya) - 2:0
Qol: Boatenq, 58 (1:0), Muntari, 81 (2:0)

`Qalatasaray` (Türkiyə) –  `Şalke` - 1:1
Qollar: Burak Yılmaz, 13 (1:0), Cons, 45 (1:1)
19 fevral
23.45. `Arsenal` (İngiltərə) - `Bavariya` (Almaniya) - 1:3
23.45. `Porto` (Portuqaliya) - `Malaqa` (İspaniya) - 1:0

13 fevral
`Real` (İspaniya) – `Mançester Yunayted` (İngiltərə) - 1:1
 `Şaxtyor` (Ukrayna) – `Borussiya` (Dortmund, Almaniya) - 2:2
12 fevral
 `Valensiya` (İspaniya) – PSJ (Fransa) - 1:2
`Seltik` (Şotlandiya) – `Yuventus` (İtaliya) - 0:3

 

Paylaş

// pop up