`Qalatasaray`da daha bir gün

single-news
6 Yan 2010

`Qalatasaray`da daha bir gün



`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun `Qalatasaray`ın düşərgəsində növbəti günü arxada qoydu. Arxada qaldığımız gündə `sarı-qırmızılı`ların bir məşqi baş tutub. Səhər saatlarında baş tutan çalışmanı komandamızın çalışdırıcısı yaxından izləyib. Mətbuat və mediaya açıq olan çalışmada yetərincə izləyici olub. Bu gün isə komandamızın çalışdırıcısı daha bir görüş keçirib. Bu günki çalışmadan öncə Qurban müəllim `Qalatasaray` Futbol Klubunun idari işlər meneceri Cenk Ergünlə görüşüb. Komandamızın çalışdırıcısıyla uzun müddət söhbət edən Cenk bəy Qurban müəllimi maraqlandıran sualların cavabını verib. Antalyada olacağı müddətdə Qurban Qurbanovun lazım olacaq bütün istədikləri yerinə yetirəcəklərini bildirən Cenk bəy eyni zamanda Azərbaycanla bağlı onu maraqlandıran suallar  ünvanlayıb.

Qurban müəllim sabah `Qalatasaray`ın növbəti məşqini izləcəyək.

Paylaş

// pop up