“Qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq”

single-news
8 İyl 2026

“Qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq”



UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” - “Vestri” (İslandiya) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

 

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Paylaş

// pop up