Qara iddialıdı...
Qara iddialıdı...
O, Azərbaycanın ən istedadlı futbolçularından sayılır. 17 yaşı hələ tamam olmayıb. Artıq səsi Almaniyadan gəlir. Əslən qarabağlıdır. Ən böyük arzusu `Qarabağ`ın Avropada səs gətirməsidir. Bu yaşından ambsiyası çox böyükdür. Yüksək hədəflərə köklənib. Balaca boyuna baxmayaraq meydanın istənilən mövqeyində oynamağa hazırdır. Bəli, söhbət məhz Qara Qarayevdən gedir. 2 aya yaxın `Hoffenhaym`ın düşərgəsində olan vunderkind komandamızın baş məşqçisi Qurban Qurbanovun sevimli oyunçularındadındır. Təsadüfi deyil ki, Almaniyadan dönər-dönməz Qarayev `Muğan`la oyunda start heyətində meydana çıxdı. Düzdü, buna qədər Qaranın `Qarabağ`da əsas heyət təcrübəsi vardı. Amma bu dəfə meydanda özünə daha əmin olan futbolçu vardı. Qara Qarayev həm Almaniya, həm də gələcək planları haqqında saytımıza ürəyini boşaldıb.