Qara məşqlərə başlayır

single-news
10 Fev 2012

Qara məşqlərə başlayır



Xəbər verdiyimiz kimi `Qarabağ`ımızın müdafiəçisi Qara Qarayev Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı dizindən zədə almış, əməliyyat üçün İstanbula göndərilmişdi. Amma sonradan aparılan müalicələr sonucunda cərrahi müdaxiləyə ehtiyac qalmadı. Yanvarın 23-ündən Türkiyənin ən böyük şəhərində  2 həftədən çox xüsusi müalicə alan 20 yaşlı futbolçu artıq Bakıya dönüb:`İlkin müayinə zamanı əməliyyat olunmağın vacibliyini söylədilər. Amma İstanbulda təkrar müayinədən sonra həkimlər xüsusi proqramla çalışacağım halda əməliyyata ehtiyac olmadığını söylədilər. Belədə İstanbulda bir qədər çox qalmalı oldum. Hardasa 2 həftə həkim nəzarətində çalışdım. Sol dizimdə müəyyən problemlər vardı. İndi hər şey yaxşıdı. Fərdi məşqlər etsəm də sabahdan etibarən kollektivlə çalışmalara başlayacam. `

Paylaş

// pop up