Qara Qarayev daha 2 il "Qarabağ"ımızda

single-news
22 May 2019

Qara Qarayev daha 2 il "Qarabağ"ımızda



Komandamızın üzvü Qara Qarayevlə yeni müqavilə imzalanıb.

“Qarabağ” FK 26 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsini 2021-ci ilə qədər uzadıb.

“Qarabağ”ımızın yetirməsi olan Q.Qarayev 2011-ci ildən əsas heyətə cəlb olunub. Milli komandamızın üzvü “Qarabağ”ımızla 6 dəfə Premyer Liqanın, 3 dəfə ölkə kubokunun qalibi olub. O, komandamızla ümumilikdə, çıxdığı 320 rəsmi oyunda 2 qol vurub.

Paylaş