Qara Qarayev: "Həyatımın ən unudulmaz günüdür"

single-news
27 Sen 2020

Qara Qarayev: "Həyatımın ən unudulmaz günüdür"



Bu gün Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücumlar nəticəsində erməni işğalındakı bir sıra kəndlər və əlverişli mövqelər azad olunub.
Geri qaytarılan ərazilər içində “Qarabağ”ımızın vitse-kapitanı Qara Qarayevin doğulduğu Füzulinin Kənd Horadiz kəndi də var.

Futbolçumuz Qara Qarayev bu haqda öz hisslərini bölüşüb: 

"Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm. Həsrətində olduğum torpaqlara ayaq basacağım günü səbrsizliklə gözləyirəm. İnanıram ki, bu son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri ! "

Paylaş