Qara Qarayev ilin futbolçusu seçildi

single-news
2 Yan 2020

Qara Qarayev ilin futbolçusu seçildi



"Futbol+" qəzetinin ənənəvi ümummilli sorğusunda "Qarabağ"ımızın yarımmüdafiəçisi Qara Qarayev 201 xalla Azərbaycanda ilin futbolçusu seçilib. Qolkiperimiz Şahruddin Məhəmmədəliyev isə 196 xalla ikinci pillədə qərarlaşıb.

Sorğuda 147 respondent iştirak edib. Bunlar yığma məşqçiləri, klub məşqçiləri və kapitanlar, mütəxəssislər, hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri, jurnalistlər, futbol agentləri və sorğunun əvvəlki qalibləridir.

Qara Qarayev bu haqda öz fikirlərini bölüşüb:

"Belə bir mükafata məni layiq görüb səs verən hər kəsə təşəkkür edirəm. 2020-ci il ölkəmiz üçün çox vacib bir il oldu. Torpaqlarımız işğaldan azad edildi. İlin ən yaxşısı isə  cəbhədə vuruşan, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən və vuruşan əsgərlərimizdir".

Paylaş