Qara Qarayev:`Bəxtim gətirib ki...`
16 Mar 2011
Qara Qarayev:`Bəxtim gətirib ki...`
`Qarabağ`ımız ardıcıl 8 qələbə ilə liderlərə daha da yaxınlaşıb. Cümə günü AZAL-la qarşılaşacaq komandamız hazırlıqlarını davam etdirir. `İnter`lə oyundan sonra komandamızın heyətində itkilərin olmaması texniki heyətin üzünü güldürür. Komandamızın eyni zamanda millinin də müdafiəsinin sağ cinahının əvəzedilməzlərindən olan Maksim Medvedevin zədələnməsindən sonra `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov Maksimin mövqeyini 18 yaşlı Qara Qarayevə tapşırdı. Gənc müdafiəçi də işinin öhdəsindən məharətlə gəlir. Saytımıza verdiyi açıqlamada Qara `Qarabağ`dakı durumu, hədəfləri barəsində danışıb:`Maksim zədələnəndən sonra Qurban müəllim mənə şans verməyə başladı. Hələ çempionatın ilk yarısında da eyni vəziyyət yaranmışdı. O zaman da start heyətində meydana çıxırdım. Oynadıqca həm praktika artır, həm də özünəinam yüksəlir. Deməzdim ki, özümü Maksimin əvəzləyicisi sayıram. İddialı komandanın geniş heyəti olmalıdır. Zədə,cəza vəziyyətlərinə hazır olmalıyıq. Bizim komandada oynamağa hazır 25-26 futbolçu var. Kimin əsas heyətdə oynamasının heç bir fərqi yoxdur. Kim meydana çıxırsa `Qarabağ` üçün oynayır. Düzdü, komandada hamıdan gəncəm. Bəxtim gətirib ki, ətrafımda yüksək səviyyəli futbolçular çoxdu. Müdafiədə Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram. Məndən əks cinahda olan Aqollinin hücumlara necə dəstək verməsinə fikir verirəm. Hələ yolun başındayam. Amma heç də özümü təcrübəsiz saymıram.`
Qara premyerliqanın finalı haqqında da ümidlidir:`8 oyundur qələbə qazanmağımız belə baxanda təəccüblü deyil. Payızda komandanın böhrana düşməsinin məlum səbəbləri vardı. Amma zamanla hər şeyin düzələcəyinə inanırdıq. Qarşıda bizi AZAL-la oyun gözləyir. Bu oyuna da eyni məqsədlə çıxacağıq. Rəqibin gücünü bilirik. Son oyunda bizi 2:0 məğlub etmişdilər. Çox çətin oyun olacaq. Son zamanlar müdafiədə inamlı təsir bağışlayırıq. İlk növbədə rəqibə qol vurmağa imkan verməməliyik. Bir qarabağlı olaraq `Qarabağ`ın uğur qazanmasına 2 qat sevinirəm. İnşallah, premyerliqanı `Qarabağ`ımıza layiq yerdə bitirərik.`