Qara Qarayev:`İlk dövrədəki oyunu unutmamışıq.`

22 Noy 2013
Qara Qarayev:`İlk dövrədəki oyunu unutmamışıq.`
`Qarabağ`ımız premyerliqanın XIV turunda qarşılaşacağı `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü baş tutacaq matça komandamız itkilərlə hazırlaşır. Admir Telinin zədə, Riçard Almeydanın isə cəza üzündən oyunu buraxacağı dəqiqdir. `Qarabağ`ımızın yarımmüdafiəçisi Qara Qarayev həm itkilər, həm də oyun haqqında saytımıza öz fikirlərini bildirib:`Rəvan`la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Düzdü, itkilərimiz var amma inanıram ki, bu oyunumuza təsir etməyəcək. `Rəvan`ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdır. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə premyerliqada zəif rəqib anlayışı qalmayıb. Üstəlik, `Rəvan`da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa çıxsın `Qarabağ`ın adına layiq şəkildə mübarizə aparacağıq.`