Qara Qarayev:`Onları saxlamaq çox çətin olacaq`

single-news
4 Apr 2013

Qara Qarayev:`Onları saxlamaq çox çətin olacaq`



`Qarabağ`ımız premyerlıqanın XXV turunda `Neftçi`nin qonağı olacaq. Hazırlıqlarını davam etdirən komandamız günü tək məşqlə keçirib. Derbi öncəsi Qara Qarayevin fikirlərini öyrünməyimiz təsadüfi deyil. Cari birincilikdə baş tutan ilk derbidəki yeganə qolu vuran 20 yaşlı yarımmüdafiəçi bunula da `Qarabağ`dakı karyerasında ilk qoluna imza atmışdı. Qara bu olay haqqında:` Artıq demək olar ki, bu məsələni unutmuşam. Təbii ki, ilk qolumu Neftçi`yə vurmaq çox xoş bir duyğudur. Bu hər zaman xatirimdə qalacaq. Amma qeyd etdiyim kimi, bu artlq keçmişdə qalıb.` Millimizə də çağrılan futbolçu oyun haqqında belə danışıb:`Neftçi`yə qarşı ciddi hazırlaşırıq. Amma bu digər oyun hazırlıqlarından elə də fərqlənmir. `Ağ-qara`lılar uzun müddətdir məğlub olmur. Hazırda çox yaxşı formadadırlar. Bizə hər 2 oyunda məğlub olduqlarına görə meydana qisas hissiylə çıxacaqlar. Bunun üçün çox çalışacaqları bəllidir. Rəqibin heyətində kimisə fərqləndirmək çətindir. Çünki, `Neftçi` fərdi ustalığı yüksək oyunçulardan qurulub. Flavinyo, Vobay, Kanales istənilən komanda üçün baş ağrısıdır. Onları saxlamaq bizim üçün çətin olacaq. Hazırda `Neftçi`ni saxlamaq çox çətindir. Amma bu o demək deyil ki, biz meydana məğlub kimi çıxırıq. Təbii ki, 3 xal qazanmaq istəyirik. Bunun üçün də vuruşacağıq. `Qarabağ` da əla kollektiv var. Bir-birimizə daim dəstək oluruq. Aprelın 6-sında da sona qədər uğurlu nəticə üçün döyüşəcəyik.`

Paylaş

// pop up