Qara Qarayev:`Rəşad Sadıqovsuz `İnter`ə qarşı çətin olacaq`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5474.jpg)
19 Noy 2011
Qara Qarayev:`Rəşad Sadıqovsuz `İnter`ə qarşı çətin olacaq`
`Qarabağ`ımız sabah `İnter`lə qarşılaşacaq. Qonşuların dueli maraqlı futbol vəd edir. `İnter`in uzun müddət məğlubiyyətsiz irəliləməsi oyuna əlavə rəng qatacaq. Komandamızın cari mövsüm əsas futbolçularından olan Qara Qarayev oyunun çətin keçəcəyi haqqında belə danışdı:`İnter`lə oyunun necə çətin olacağını qeydə etməyə ehtiyac yoxdur. Rəqibimiz güc futboluna üstünülk verir. 90 dəqiqə meydanda ancaq mübarizə olacaq. `İnter` cari mövsüm eyni zamanda baxımlılığa görə də artırıb. Artıq bir neçə yerli gənc də meydana çıxır. İlk oyunumuzda `İnter`i məğlub etsək də bakılılar da yaxşı təsir bağışlamışdı. Sabahkı oyunda `İnter` ev sahibi kimi qələbə qazanmaq istəyəcək. Milli oyunlarla əlaqədar biz cəmi 2 gün birlikdə məşq etmişik. Üstəlik, Rəşad Sadıqovun da olmaması bizim üçün böyük itkidir. Bu oyun cox vacib görüş olsa da, sonuncu deyil. Hələ çox belə oyunlara çıxacağıq.`