"QARABAĞ" 0 - 0 "ÇORUMSPOR"

single-news
13 Yan 2008

"QARABAĞ" 0 - 0 "ÇORUMSPOR"



“Qarabağ” Futbol Klubunun Antalyada keçiridiyi 2-ci hazırlıq maçı artıq arxada qaldı. Türkiyə çempionatının 2-ci liqa təmsilçisi “Çorumspor”la maç komandamızın böyük təzyiqinə rəğmən hesab açılmadı.

Komandamız oyuna bu heyətlə çıxmışdı. Fərhad, Avtandil, Muhammet, Hüseyn, Maksim, Aslan, Pupo, Ayxan, Qoqa, Kənan, Vaqif. “Çorumspor” heyəti isə beləydi: Doğa, Kənan, Bayram, Muhammet Ali, Onur, Ferdi, İlhan, Barış, Hakan, Hızır, Emre.

Oyunun ilk 15 dəqiqəsində aqressiv oyuna üstünlük verən rəqib bunun hesabına sürətimizi azaltmağa çalışsada, komandamız orta xətti keçməkdə elədə çətinlik çəkmirdi. Amma digəl ki, son vuruşların olmaması vəziyyəti çətinləşdirirdi. İlk təhlükəli vəziyyət 16-cı dəqiqədə baş tutdu. Yerinə yetirilən künc zərbəsi zamanı Avtandil hamıdan yüksəyə tullanaraq zərbə vursa da top qapının yanından keçdi. Bundan sonra oyun daha çox meydanın mərəkəzində keçdi. 27-ci dəqiqədə sol cinahdan hücum zamanı Aslanın zərbə mövqeyinə çıxartdığı Vaqif topu ram edə bilmədi. 41-ci dəqiqədə Vaqif yenə diqqət mərkəzinə düşdü. Forvard əlverişli mövqedən topa dəqiq zərbə vura bilmədi. İkinci yarıya komandamız bir neçə əvəzetmələrlə çıxdı. Cinahda mübarizə aparan Şəhriyar və Murad oyuna xüsusi canlandırma yaratdı. Xüsusilə 16 yaşlı Şəhriyar keçidləriylə rəqibə əməlli başlı çətin vəziyyətə saldı. Bir epizodda gənc vunderkind cərimə meydançası daxilində 2 futbolçudan sıyrılsa da, rəqib tərəfindən kobudluqla dayandırıldı. Lakin, hakim oyunu dayandırmadı. Kobudluqdan söz düşmüşkən bir epizodda Kənan, digərində isə Raufa qarşı cərimə meydançası daxilində kobud oynasalarda, hakim bir tək Kənanın epizodunda cərimə zərbəsi təyin etdi. O da, penalti deyil.  Beləliklə, 2-ci yarıda komandamızın bütün cəhdlərinə baxmayaraq qol vurulmadı. 

Oyundan məqamlarla FOTOQALEREYA bölümündə tanış ola bilərsiniz...

Paylaş

// pop up