`Qarabağ` 1 gün sonra.Fotolar
`Qarabağ` 1 gün sonra.Fotolar
`Qarabağ`ımız Antalyada təlim-məşq toplanışını davam etdirir. Dünən Aralıq dəniz sahilllərində sözün əsl mənasında tufan olsa da, bugün 20 dərəcəlik hərarət əsl futbol havası yaratmışdı. `Qarabağ`ımız məşqə 11:00-da çıxdı. Bütün futbolçuların iştirak etdiyi çalışmada baş məşqçimiz Qurban müəllim öncə qısa nitq edərək getdikcə artan tempə ayaqlaşmalı olduqlarını bildirdi.
Yüngül qaçışın ardından ənənəvi kvadratdan yararlanan komandamız ardınca meydanboyu maneələr üzərində toplu çalışmalar yerinə yetirdi. Ən sonda isə 2 toxunuşlu, 2 hissəli futbol baş tutdu. 15 dəqiqəlik qaçışla günə yekun vuruldu. Belə ki, Qurban Qurbanov futbolçuları günün 2-ci məşqindən azad etdi.
Sabaha `Qarabağ`ımızın 2 məşqi nəzərdə tutulub.
Günün məşqindən fotolar FOTOQALEREYA bölümündən...
