`Qarabağ` 1 məşqi, Rəşadın het-triki
9 İyl 2012
`Qarabağ` 1 məşqi, Rəşadın het-triki
`Qarabağ`ımız Qızılcahamda təlim-məşq toplanışını davam etdirir. Hazırlığın bugünündə 1 məşq vardı. Səhər yerli vxtla 10:30-da start götürən çalışma 1 saat 45 dəqiqə davam etdi. Yüngül hərəkətlərin ardından toplçu çalışmalar yerinə yetirən komandamız 2-li, 3-lü qruplar halında çalışıb. Ən sonda isə 2 qrupa bölünən futbolçular futbol oynayıb. Nisbi olaraq cavan təcrübəlilər olaraq bölünən komandaların oyunu olduqca maraqlı alınıb. Gənclər hesabda 2 top fərqiylə öndə olsa da Rəşad Sadıqov son dəqiqədə het-trik edərək komandasına qələbə qazandırıb.
Qeyd edək ki, `Zob Ahan`la oyunda aldığı zədəsini tam sağaltmayan Maurem Muarem məşqdə iştirak etməyib. Ayağında kiçik zədə olan Vüqar Nadirov isə qaçmaqla kifayətlənib.
Sabaha komandamızın 2 məşqi nəzərdə tutulub.